26 May 2023 17:10
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İngiltərə kraliçası II Elizabetin 1983-cü ildə ABŞ-a səfəri zamanı planlaşdırılan sui-qəsdin sənədlərini paylaşıb.

Teleqraf.com xəbər verir ki, sənədlərdə kraliçanın ABŞ-a səfəri ilə bağlı məlumatlar və mümkün sui-qəsd planları ilə bağlı təfərrüatlar yer alıb.

Sənədlər kraliçanın İrlandiya Respublika Ordusunu (IRA) təhlükə kimi qəbul etdiyini və federal agentlərə sui-qəsd ehtimalı barədə xəbərdarlıq etdiyini göstərir.

Kraliça Elizabeth və əri Şahzadə Filipə səfərdən təxminən bir ay əvvəl sui-qəsdlə bağlı xəbərdarlıq edilmiş sənədlərdə San-Fransiskodakı İrlandiya barında bir adamın "öldürülən qızı üçün qisas almaq" istədiyinə dair kəşfiyyat hesabatları daxildir.

Sənədlər göstərir ki, şübhəli şəxs "Qızıl qapı" körpüsündən keçərkən və ya "Yosemit" Milli Parkını ziyarət edərkən kraliçaya zərər verməyi planlaşdırıb. Səlahiyyətlilər təhdidlərə görə "Qızıl qapı" körpüsünü piyada keçidinə bağlayıb. Milli Parkda görülən tədbirlərlə bağlı isə heç bir məlumat yoxdur.

Sözügedən 102 səhifəlik sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı çərçivəsində medianın tələbi ilə bu həftə FTB-nin saytında dərc edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər