27 May 2023 12:13
2 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudan müdafiə naziri Yasin İbrahim ehtiyatda olan və təqaüdçü hərbçiləri qiyamçı Çevik Hərəkət Qüvvələrinə (ÇHQ) qarşı silahlanmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, nazir qiyamçıları dövlətə yaxın bəzi şəxsləri alçaltmaqda və təqaüdçü hərbçiləri saxlamaqda ittiham edib.

“Ordudan təqaüdə çıxmış bütün zabitləri, kiçik rütbəli zabitləri və sıravi hərbçiləri və silah tuta bilən hər kəsi özlərini, ailələrini, qonşularını və şərəflərini qorumaq üçün silaha sarılmağa çağırırıq”, - İbrahim deyib.

Sudan Kommunist Partiyası da ÇHQ-nin dünən paytaxtın Xartumda partiya qərargahına basqın etdiyini və oranın talan edildiyini və mərkəzdə ciddi ziyan dəydiyini açıqlayıb.

Hökumətə bağlı ordu ilə ÇHQ arasındakı fikir ayrılıqları aprelin 15-dən açıq qarşıdurmaya çevrilib. ÇHQ hökumətin Silahlı Qüvvələrə birləşmə tələbini rədd edir. Bundan sonra hakimiyyətə qarşı öz iddiasını ortaya qoyan qiyamçılar silahlı mübarizəyə başlayıblar.

ÇHQ 2019-cu ildə devrilmiş prezident Ömər əl-Bəşirin dövründə qiyamçılara qarşı mübarizə, sərhədləri və Darfurda asayişi qorumaq üçün yaradılıb. 2013-cü ildə Təhlükəsizlik və Kəşfiyyat Təşkilatına bağlı olan və tədricən müstəqil struktura çevrilən ÇHQ-nin on minlərlə üzvü var.

Sudanın Səhiyyə Nazirliyi qarşıdurma başlayandan bəri 709 nəfərin öldüyünü, 5424-nün yaralandığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər