6 Yanvar 2015 07:14
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada nəqliyyat infrastrukturunda növbəti xoşagəlməz hadisə baş verib. Rio de Janeyro ştatında iki sərnişin qatarının toqquşması nəticəsində 70 nəfər mütəlif dərəcəli xəsarətlər alıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, qəza Meskita şəhərində qeydə alınıb.

İlkin məlumata görə, sərnişin qatarı stansiyada dayanmış digər qatara arxadan çırpılıb. Hadisə yerinə çoxlu sayda təcilli yardım briqadaları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: