29 May 2023 08:42
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Almaniyanın Vetzlar (Hessen) şəhərinin mərkəzində yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq avtomobilin üzərinə düşüb.

Teleqraf.com xəbər verir ki, təyyarənin pilotu yerindəcə həlak olub.

Məlumata əsasən, daha bir neçə nəfər yaralanıb. Onların arasında təyyarənin düşdüyü avtomobilin sürücüsü də var.

Hadisənin baş vermə şəraiti və qəzanın səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com