29 May 2023 22:08
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolz telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Ərdoğan öz növbəsində Almaniya ilə əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Almaniya hökumətinin mətbuat xidməti açıqlamasında qeyd edib ki, Şolz Ərdoğanı Berlinə rəsmi səfərə dəvət edib.

Şolz həmçinin Berlin və Ankara arasında, xüsusilə NATO çərçivəsində tərəfdaş kimi sıx əlaqələrin olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com