1 İyun 2023 13:19
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın 14-ü və 28-də keçirilən seçkilərdəki məğlubiyyətdən sonra Cümhuriyyət Xalq Partiyasında (CHP) əhval-ruhiyyə aşağıdır. CHP sədri Kamal Kılıçdaroğlu mayın 28-də axşam etdiyi çıxışdan bəri susqunluğunu saxlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber7” saytının yazarı Məhmət Acət deyib.

Jurnalist bunun Kılıçdaroğlunun taktikası olub-olmadığını öyrənmək üçün CHP-dən adını açıqlamadığı bir yüksək vəzifəli şəxslə danışdığını iddia edib:

“Söhbət etdiyim CHP üzvü tezliklə partiya Divanının toplanacağını dedi. O, böyük ehtimalla qurultaya gedəcəklərini bildirdi.

Bəs Kamal bəy nə düşünür? Davam edəcək, yoxda gedəcək? Həmsöhbətim bir az tərəddüddən sonra sualıma belə cavab verdi: “Yəqin ki, əvəzedici tapılana qədər davam edəcək”.

Bəs həmin şəxs İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ola bilərmi?

Məhmət Acət buna mane olan bir sıra amillərin olduğunu qeyd edib:

“Kılıçdaroğlunun ətrafında aldığım təəssürat o oldu ki, İmamoğlu hələ bu işə hazır deyil.

“Hazır deyil” deyəndə nəyi nəzərdə tutursunuz”, deyə soruşduqda, bu iki səbəbi göstərdi:

Birincisi, İmamoğluna qarşı açılan məhkəmə işinin nəticəsinin qeyri-müəyyənliyinə görə bu, ona siyasi qadağa gətirə bilər.

İkincisi, payızda keçiriləcək qurultayda İmamoğlu CHP sədrliyi üçün İstanbul böyükşəhər bələdiyyəsi sədrliyindən istefa verməlidir.

Ancaq Kılıçdaroğlunun İmamoğluna qarşı əlinin seçkidən əvvəlki qədər güclü olmadığı da bir həqiqətdir. Digər tərəfdən müttəfiqlik tənliyinin necə olacağı sualı var.

Akşənərin mayın 28-i axşamı verdiyi açıqlamalardan da göründüyü kimi, İYİ Partiya yeni dövrdə CHP-dən bir qədər məsafə saxlayacaq. Bəllidir ki, onlar da CHP-dəki idarəçiliyin eyni şəkildə davam edib-etməyəcəyinə baxaraq ittifaqın gələcəyi ilə bağlı qərar verəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər