Almaniya Kansleri Olaf Şolz Ukraynanın Kaxov SES-in Rusiya ordusu tərəfindən partlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, kansler bunun Ukraynadakı müharibənin yeni ölçüsü olduğunu deyib.
Şolzun fikrincə, Kaxov SES-in dağıdılması Rusiya ordusunun müharibə üsuluna uyğundur. O, həmçinin bildirib ki, Almaniya baş verənləri narahatlıqla izləyir.
“Bu, Ukraynada rus əsgərlərinin törətdikləri cinayətlərin çoxuna uyğundur, mülki hədəfləri, qəsəbələri, kəndləri, xəstəxanaları, məktəbləri hədəfə alan hərbi əməliyyatın bir hissəsidir”, - Almaniya kansleri qeyd edib.
Rusiya qüvvələri səhər saatlarında Kaxov SES-in bəndini partladıblar. Su anbardan nəzarətsiz formada axmağa başlayıb, Dnepr çayı boyunc yerləşən yaşayış məntəqələri su altında qalıb.