8 İyun 2023 10:08
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində cəbhədə 30 toqquşma baş verib. Ruslar hələ də Donetsk və Luqansk vilayətlərini işğal etmək planlarından əl çəkməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Rus ordusunun Liman istiqamətində Vesele qəsəbəsi ərazisində uğursuz hücum əməliyyatı qeydə alınıb. Ruslar Baxmut yaxınlığında Orixovo-Vasilivka, İvanovsk və Severnoy istiqamətində hücuma keçib, amma nəticə əldə etməyib.

Avdiv istiqamətində eyniadlı şəhərin mərkəzinə və Pervomayska nəticəsiz hücum olub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Marin şəhəri ərazisində Rusiyanın çoxsaylı hücumlarını dəf edib.


Müəllif: Mənsur Rəğbətoğlu