Pakistan əsilli Dilavər Sayedin Kiçik Biznesin İdarə edilməsi Agentliyinin (SBA) vitse-prezidentliyə namizədliyi Senat tərəfindən təsdiqləndikdən sonra ABŞ hökumətində ən yüksək vəzifəli müsəlman olub.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamentinin biznes məsələləri üzrə xüsusi nümayəndəsi Sayed yeni vəzifəsinə 54 lehinə, 42 əleyhinə səslə təsdiqlənib.
Sayed ABŞ Prezidenti Co Bayden tərəfindən 2021-ci ilin mart ayında SBA-nın vitse-prezidenti vəzifəsinə namizəd göstərilib. Amma SBA-nın abortla məşğul olan qurumlara maliyyə dəstəyi və digər səbəblərə görə Respublikaçılar Partiyası bir müsəlman namizədin seçilməsinə dəfələrlə mane olub. Demokratlar Partiyası bu səbəbdən qarşı tərəfi islamofobiyada ittiham edib.
Co Bayden ilin əvvəlində Senatda təkrar səsvermə üçün Sayedin namizədliyini yenidən irəli sürmüşdü.