10 İyun 2023 16:09
11 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalı yeni dövrdə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin hansı addımlar ata biləcəyi ilə bağlı təhlil dərc edib.

Teleqraf.com “Ərdoğanın üçüncü dövründən nə gözləmək olar?” başlıqlı təhlilin əsas məqamlarını təqdim edir.

Ərdoğan Qərbə Rusiya mesajı verəcək

Ərdoğanın iki prioriteti var: Türkiyə üçün daha iddialı aktivlər xəritəsi cızmaq və buna nail olmaq üçün Qərb institutlarında mövqeyini gücləndirmək. Xüsusilə NATO və Avropa İttifaqında təsirini gücləndirmək niyyətindədir. Ancaq Türkiyə dünya siyasətində fəallaşdıqca bunu ABŞ-ın maraqlarına görə yox, öz maraqlarına uyğun etmək istəyir.

Bu məqsədlərə çatmaq üçün atılacaq ilk addım Rusiya ilə mövcud möhkəm əlaqələrini daha da inkişaf etdirmək olacaq.

Ərdoğanın Qərbə mesajı belədir: Ankara Ukrayna məsələsində Rusiyanı cilovlaya biləcək yeganə dövlətdir. Bayraktar həm SİHA satışları, həm də taxıl müqaviləsi ilə bu mövzuda ciddi addımlar atıb.

Ərdoğan Qərbdən üç şey istəyə bilər

Ərdoğanın Avropa İttifaqı üçün etdiklərinin müqabilində istəyəcəyi əsas şeylər bunlardır: Türkiyənin artıq “qeyri-demokratik” olmadığına dair ittihamlara son qoyulması, türk kapitalının Avropa bazarlarına daxil olması və türk vətəndaşlarının Şengen bölgəsinə vizasız gediş-gəlişi.


Müəllif: Yeganə Oqtayqızı