11 İyun 2023 08:18
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Regionun Kaxovka su elektrik bəndinin dağılmasından əziyyət çəkən rayonlarında suyun səviyyəsi enməkdə davam edir, Yeni Kaxovka rayonunda isə 7 metrə düşüb".

Teleqraf.com xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo özünün teleqram kanalında bildirib.

"Suyun səviyyəsi Yeni Kaxovka şəhər rayonunda - 7 metrə qədər, Aleşkinsky bələdiyyə rayonunda - 1,5 m-ə qədər, Qolopristansky bələdiyyə rayonunda - 2,1 metrədək azalmaqda davam edir".

Saldo bildirib ki, bölgənin su basmış ərazilərindən 7 minə yaxın insan təxliyə edilib. Onun sözlərinə görə, 1,5 minə yaxın insan müvəqqəti yerləşdirmə mərkəzlərindədir.

İyunun 6-na keçən gecə Xerson vilayətində Yeni Kaxovka yaxınlığında Kaxovskaya su elektrik stansiyasının yuxarı hissəsi dağılıb. Onlarla yaşayış məntəqəsi, o cümlədən Xerson və Yeni Kaxovka su altında qalıb.


Müəllif: Pərvin Cəfərova