7 Yanvar 2015 17:54
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə nəşr olunan və Həzrəti Məhəmmədin karikaturasını hazırlayan “Çarli Hebdo” jurnalının redaksiyasına edilən hücuma dünya liderlərindən sərt reaksiya gəlib.

Teleqraf.com xəbər verir ki, Almaniya Kansleri Angela Merkel Fransadakı terror aktının təkcə Fransa vətəndaşlarını deyil, ümumiyyətlə söz və mətbuat azadlığını hədəf aldığını söyləyib.

İtaliya baş naziri Matteo Renzi də terror hücumunu Twitter hesabından atdığı mesajla pisləyib. O zorakılığın hər zaman məğlub ediləcəyini bildirib.

NATO baş katibi Jens Stoltenberq hadisəni mətbuat azadlığına ağır hücum şəklində səciyyələndirib: “Bu hücum söz və ifadə azadlığına zərbədir”.

Samir


Müəllif: