21 İyun 2023 15:38
3 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu Suriyada PKK/YPG terror təşkilatının işğalı altında olan Hasəkə vilayətindəki baza və hərbi məntəqələrə 75 maşından ibarət hərbi və logistik gücləndirmə konvoyu göndərib.

Teleqraf.com xəbər verir ki, ABŞ qüvvələrinin karvanı 19-20 iyun tarixlərində İraq və Suriya arasındakı Əl-Valid sərhəd-keçid məntəqəsindən keçərək Hasəkəyə daxil olub.

Konvoy PKK/YPG tərəfindən işğal edilən Şəddadi və Rumeylan qəsəbələrindəki ABŞ-ın baza və hərbi məntəqələrinə çatıb. Konvoylara zirehli texnikalar, yanacaq tankerləri, artilleriya batareyaları və çoxlu sayda sursatla dolu maşınlar daxildir.

ABŞ ordusu yanvarda da Rumeylan, Şəddadi və Təl-Bəydər yaşayış məntəqələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.

2019-cu ilin oktyabrında Türkiyə ordusunun “Sülh Çeşməsi” əməliyyatının başlaması ilə ABŞ bu bölgədəki bazalarını boşaldarkən, neft yataqları ətrafında yerləşməyə üstünlük vermişdi.

PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ-ın hazırda Hasəkə, Raqqa və Deyr əz-Zor əyalətlərində bu terror təşkilatının işğal etdiyi ərazilərdəki bir çox baza və hərbi məntəqələrdə qüvvələri var.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı dəstək qüvvələri göndərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər