8 Yanvar 2015 01:27
796
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da bir sıra polis əməkdaşlarının sadə vətəndaşlarla zorakı, qəddar davranışı davam edir. Bu qəddarlıq və vəzifə səlahiyyətini aşma nəticəsində daha bir nəfər polis tərəfindən amansızcasına qətlə yetirilib.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kolumbus şəhərinin (Ohayo ştatı) aeroportunda baş verib.

Hava limanının rəsmi nümayəndəsi Devid Uitikerin sözlərinə görə, aeroportun avtomobil dayanacağında polis əməkdaşları və naməlum kişi arasında mübahisə baş verib.

Nəticədə polislər həmin şəxsə atəş açıblar. Onun üzərində silahın olub-olmaması hələ ki məlum deyil.


Müəllif:

Oxşar xəbərlər