Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev sakinləri sakit olmağa və lüzumsuz yerə evlərini tərk etməməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə özünün teleqram kanalında məlumat yayıb.
“Mövcud vəziyyət asayişi qorumaq üçün bütün qüvvələrin maksimum cəmləşməsini tələb edir. Hüquq-mühafizə orqanları rayon sakinlərinin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. Hər kəsdən sakit olmağı və lüzumsuz yerə evdən çıxmamağı xahiş edirəm”, - o bildirib.