25 İyun 2023 17:04
25 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu bəndi partlatdıqdan sonra Kaxov su anbarı (Xerson) səhraya bənzəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı jurnalist Sergey Nikitenko məlumat verib.

Anbarda çəkdiyi fotonu Feysbuk səhifəsində paylaşan jurnalist “Kaxov dənizinin dibində” şərhini yazıb. Nikitenko əvvəllər su olan bu yerlərin indi torpağı çatlamış səhraya çevrildiyini bildirib.

Rusiya ordusu Kaxov su anbarının bəndini iyunun 6-da partladıb. Nəticədə Xerson və Nikolayev vilayətlərində onlarla yaşayış məntəqəsi su altında qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər