26 İyun 2023 01:38
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Məlumata əsasən, söhbət zamanı Rusiyada baş verən son hadisələr müzakirə olunub. Türkiyə prezidenti Rusiyada baş verən bu son hadisələr Ukraynada ədalətli sülhün bərqərar olmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Söhbət zamanı İsveçin NATO-ya üzvlüyü mövzusuna da toxunulub. Ərdoğan qeyd edib ki, Türkiyə İsveçin alyansa mümkün qoşulmasına konstruktiv münasibət bəsləyir. Bununla belə, o vurğulayıb ki, PKK/PYD/YPG terror təşkilatları İsveçdə sərbəst fəaliyyət göstərdikcə, bu ölkənin antiterror qanunvericiliyində dəyişikliklərin heç bir mənası yoxdur.

Bundan əlavə, F-35 qırıcılarının tədarükü kontekstində Türkiyəyə qarşı ədalətsiz münasibətin və Türkiyənin F-16 qırıcıları ilə bağlı müraciətlərini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək cəhdlərinin Türkiyənin deyil, alyansın özünə və təhlükəsizliyinə ziyan vurduğu vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər