26 İyun 2023 21:11
2 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Britaniya geosiyasi dəyişikliklərin sistemini birdən-birə silkələməməsi üçün Rusiyanın ehtimal olunan dağılmasına hazırlaşmağı planlaşdırır”.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.

Nəşr qeyd edir ki, Londonda Prezident Vladimir Putinin Ukraynada irimiqyaslı işğala başlamaq qərarının Rusiya üçün çöküş və hərbi-siyasi fəlakət ola biləcəyi ilə bağlı müzakirələr gedir.

“Gözləməli və bundan sonra nə olacağını görməliyik. Bu, sadəcə olaraq yeni bir şeyin (Rusiyanın dağılmasının) “birinci fəsli” ola bilər”, - qəzetin həmsöhbəti deyib.

Britaniyanın baş xəzinədarı Con Qlen isə bildirib ki, Rusiyada baş verənlər onun daxili işidir.

Britaniyanın Moskvadakı keçmiş hərbi attaşesi Con Forman hesab edir ki, Yevgeni Priqojinin qiyamının uğurlu olması ən pis ssenari olardı, çünki “Vaqner” lideri faşistdir, liberal dəyərlərə tamamilə yaddır. Formanın fikrincə, Qərb diplomatları Rusiyada böhran gözləmirlər, Priqojinin qiyamı onlar üçün sürpriz olub.

“Düşünürdük ki, bütün bunlar tədricən baş verəcək. Gözlənilməz Moskvaya yürüşdən danışılmırdı”, - keçmiş attaşe əlavə edib.

Nəşrin bəzi həmsöhbətləri düşünürlər ki, Putin hələ də öz mövqeyini qoruyub saxlayır: “Bu o deməkdir ki, onu xəfifə almaq lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər