Liviyaya daxil olan həm mülki, həm də hərbi türk təyyarələri vurulacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Liviya Hava Qüvvələrinə aid olan Facebook səhifəsində açıqlama verilib.
Məsələyə aydınlıq gətirən Türkiyə Xarici İşlər Nazirliyi bu sözləri məsuliyyətsiz və beynəlxalq hüquqa zidd kimi qiymətləndirib: “Bu açıqlamanı verənlər Liviyada hava hücumları təşkil edərək bütün beynəlxalq hüquq normalarını pozmaqla dinc insanları qətlə yetirənlərdir. Beynəlxalq cəmiyyətin bugünədək belə addımlara reaksiya göstərməməsi bu şəxsləri kifayət qədər ruhlandırıb. Ölkəmiz ilə Liviya arasında həyata keçirilən mülki uçuşlar bu çətin dövrdə qardaş Liviya xalqına humanitar yardım və iqtisadi ehtiyaclarının qarşılanmasına xidmət edir”.
Samir