Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Artemovsk (Baxmut) və Soledara hücum üçün zərbə qruplarını gücləndirib.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu LPR xalq milisinin ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçko bildirib.
Onun sözlərinə görə, Artemovsk və Soledar yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələri hücum hərəkətlərində artım qeydə alıb. O vurğulayıb ki, Ukraynanın zərbə qrupları zirehli texnika ilə gücləndirilib. Bundan əlavə, onların şəxsi heyətinin sayı artırılıb.
Maroçko Artemovsk və Soledarın artilleriya atəşinin intensivliyinin əhəmiyyətli dərəcədə artmasına daArte diqqət çəkib.