Vladimir Putin idarəolunmaz şəxsdir, Kaxovka SES-in partlamasından, eləcə də "Vaqner"çilərin üsyanından sonra Zaporojye AES-i sıradan çıxarmaq riskləri göz qabağındadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Elmundo" nəşrinə müsahibəsində deyib.
Prezident qeyd edib ki, bəzi ekspertlər soyutma reaktorlarının mümkün zədələnməsi ilə əlaqədar stansiya üçün risk görürlər: "Digərləri deyirlər ki, fərqi yoxdur, lakin Ukrayna kəşfiyyatının məlumatına görə, Zaporojye AES onsuz da minalanıb. Fakt budur ki, zavod minalanıb və bunu Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də təsdiqləyir. Kəşfiyyatımız bilir ki, obyektdə partlayıcı maddələr və ağır silahları olan 5 min rus əsgəri var. Kiyev AES-ə nəzarəti MAQATE-yə verərsə, işğalçılar özlərinə vaxt qazanmaq, silah toplamaq üçün stansiyanı uzaqdan partlatacaq və yenidən ukraynalıları yer üzündən silməyə çalışacaqlar:".