2 İyul 2023 10:35
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Ərəb Respublikası (SAR) Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Rusiya paytaxtı Moskvaya səfər edib və mətbuata müsahibəsində rus dilini öyrənmək istədiyini etiraf edib.

Bu barədə Teleqraf.com “İvestiya”ya istinadən xəbər verir.

“Dil insanlar arasında ünsiyyət körpüsüdür, həm də mədəniyyətlər arasında körpüdür. Rusiya çox qədim mədəniyyətə malikdir və onun tarixi çox qədimdir. Ümid edirəm ki, gələcəkdə (dil öyrənmək-red) imkanım olacaq, əgər iş yükü bir az azalsa, niyə də olmasın”, - Suriyanın birinci xanımı deyib.

Əsma Əsəd böyük oğlu Hafizin M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin magistraturasını bitirməsi ilə əlaqədar Rusiya paytaxtına səfər edib. O, vurğulayıb ki, dünyanın ən nüfuzlu universitetlərindən birində oxuduğu uğurlu nəticəyə görə övladı ilə fəxr edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər