Fransa polisi və jandarma qüvvələri ötən gecə ölkəni bürümüş etiraz aksiyalarında iştirak edən 700-dən çox nümayişçini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “France Info” radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, ölkə boyu 719 nəfər saxlanılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçılarla toqquşma zamanı 45 polis və jandarm yaralanıb.