Ukrayna Quru Qoşunlarının K-2 batalyonunun kəşfiyyatçısı Leonid Krasnov (ləqəbi Messi) Donbas uğrunda gedən döyüşlərdə həlak olub.
Teleqraf.com xəbər verir ki, “Messi” ölümündən sonra III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.
O, Krasnov K-2-nin ilk kəşfiyyatçılarından biri idi. Uğrunda həlak olduğu Luqansk və Donetsk vilayətlərinin müdafiəsində iştirak edib.
Pulemyot, “Javelin” tank əleyhinə sistemlər və digər müasir silahların peşəkar bilicilərindən idi.
Hərbçi III dərəcəli “İgidliyə görə” ordeni və “Qızıl Xaç” döş nişanını alıb.