"Boko Haram" terrorçuları Nigeriyanın şərqində növbəti qətliam törədiblər. Radikal silahlı qruplaşma bu dəfə azı 100 nəfəri insanı güllələyib.
Yaraqlıların Nigeriyanın şimal-şərqindəki Baqa şəhərinə hücumu hərbçilər və dinc sakinlər arasında tələfatla nəticələnib. Teleqraf.com-un TASS agentliyinə istinadən məlumatına görə, bu barədə cümə axşamı yerli hakimiyyət nümayəndəsi açıqlama verib.
Hücum çərşənbə günü gecə baş verib, bununla bağlı ilkin məlumatı "Reuters" agentliyi yayıb.
Xatırladaq ki, yanvarın 4-də "BBC" korporasiyası bu terrorçu qruplaşmanın Baqu şəhərini ələ keçdiyi barədə informasiya yaymışdı. Son məlumatlara görə, həmçinin orada yerləşən hərbi bazanı nəzarətə qötürüblər.
Daxil olan son məlumatlara görə, "Boko haram" qruplaşmasının yaraqlılarının şəhərə hücumu yerli əhali arasında çoxsaylı insan tələfatı doğurub.
Hazırda şəhərdə yanğın başlayıb. İnsanlar qayıqlarla qaçaraq, qonşu dövlət olan Çada sığınıblar.