8 İyul 2023 13:43
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Ukraynanın müharibə şəraitində NATO-ya daxil olmağa hazır olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, Amerika lideri bu məsələyə yalnız sülhün bərqərar olmasından sonra baxılacağını deyib.

Baydenin sözlərinə görə, NATO ölkələri hazırda Ukraynanın üzvlük perspektivləri ilə bağlı fikir ayrılığına malikdirlər.

“Ukrayna indi - müharibənin qızğın vaxtında NATO-ya üzv olmağa hazır deyil. Hazırda Ukraynanın NATO-ya qəbulu ilə bağlı alyans üzvləri arasında yekdil fikir yoxdur. Amma Ukraynaya NATO-ya üzv olmaq üçün rasional yol təklif edilməlidir. Ukrayna NATO-da olmasa da, ABŞ ona İsrail kimi təhlükəsizlik zəmanətləri verəcək”, - ABŞ prezidenti bildirib.

Bayden vurğulayıb ki, müttəfiqlər Ukraynanı Rusiyanın təcavüzünü dayandırmaq üçün lazım olan silahlarla təmin etməyə davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər