9 İyul 2023 00:29
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya dəstək ətrafında vəziyyət NATO sammitinə qədər dəyişə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat verir.

Nəşrin məlumatına görə, ABŞ Konqresində daha çox respublikaçı Ukraynaya yardımın əleyhinədir. Bu mövqe 2024-cü ildə Amerikanın növbəti prezidentinin “müttəfiqliyi parçalayan” respublikaçı ola biləcəyi ilə bağlı Avropada qorxuları artırır.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynanın NATO-ya üzvlük məsələsinin həllini tez hesab etdiyini bildirib.

Baydenin sözlərinə görə, o, Ukraynaya alyansa qoşulmağa hazırlaşmağa kömək etməyə, həmçinin müvəqqəti olaraq təhlükəsizlik zəmanətlərini verməyə hazırdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər