Gürcüstanda 2014-cü ildə 30 844 nikah qeydə alınıb. Ötən ildə ən çox nikahların sayı (3 307) sentyabrda qeydə alınıb.
Gürcüstanın Vətəndaş reyestri xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nikahların sayının ən çoxu Tbilisi, Batumi, Kutaisi, Telavi, Marneuli, Мsxeta, Siqnaxi və Axalkalakidə rəsmiləşdirilib. Ötən ildə nikah bağlamış kişilərin orta yaşı 31 il, qadınların isə 28 il təşkil edib.
24 135 halda kişilər qadınlardan yaşca böyük olublar, 6 700 halda isə əksinə qadınlar yaşca üstünlük təşkil ediblər.