9 İyul 2023 19:39
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 9-da Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, danışıqlar zamanı nazirlər Taxıl Müqaviləsi ətrafında baş verən son hadisələri müzakirə ediblər.

H.Fidan daha öncə bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır . Onun sözlərinə görə, Türkiyə ən vacib mövzular üzrə danışıqların aparılmasını təmin edə bilib, taxıl sazişi sayəsində Türkiyə tərəfi Rusiya , Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirə bilib və bununla da qlobal ərzaq böhranının qarşısını alıb.

Rusiya iyulun 17-də başa çatacaq taxıl müqaviləsini uzatmaq üçün heç bir əsasın olmadığı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər