10 İyul 2023 15:55
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlüklə bağlı rəsmi müraciətinə mane olur.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Alyansa daxil olmaq istəyən ölkə prosesə başlamazdan əvvəl rəsmi olaraq NATO-ya müraciət etməlidir. Vilnüsdəki sammitdə Prezident Vladimir Zelenski məhz bunu etməyi planlaşdırırdı.

Rusiya ilə müharibəyə və prosesin mürəkkəbliyinə görə bu, uzun illər çəkə bilərdi, amma bu addım Ukraynanın dönməz şəkildə NATO yolunda olacağını sübut edəcəkdi. Blokun bəzi üzvləri isə müvafiq rəsmi müraciətin qarşısını almaq istəyirlər. “Bild” iddia edir ki, ABŞ və Almaniya digər NATO üzvlərinə bu mövqeyə qoşulmaq üçün təzyiq göstərir.

Bir diplomat nəşrə deyib ki, Berlin və Vaşinqton 2008-ci ildə Buxarestdə qəbul edilən sənəddən kənara çıxan yekun bəyannamə istəmir.

“NATO Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı istəklərini alqışlayır. Biz bu gün razılaşdıq ki, bu ölkələr NATO-ya üzv olacaqlar”, - həmin sammitin yekun sənədində deyilir.

İndi Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı geniş anlaşma var. Təkcə Baltikyanı ölkələr və Polşa yox, Bolqarıstan, Rumıniya, Türkiyə və Fransa da uzunmüddətli perspektivdə də olsa, Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdır.

“Bild” yazır ki, hazırda NATO-nun qarşıdakı Lita sammitində Ukraynanın alyansa üzvlüyünə yol aça biləcək bir sənədin qəbul edilməsinin qarşısını almaq üçün qızğın danışıqlar gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər