Niderland Baş naziri Mark Rutte ötən həftə istefa qərarından sonra siyasətdən çəkiləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hökumətinin miqrasiya siyasəti səbəbindən dağılmasından sonra Rutte hakim partiyanın rəhbərliyindən, noyabrda keçiriləcək seçkilərdən sonra isə siyasətdən gedəcəyini deyib.
“Dünən verdiyim qərar nəticəsində Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının sədri kimi növbəti seçkilərdə iştirak etməyəcəm”, - baş nazir bildirib.
Niderlandda ən uzun müddət vəzifədə olan baş nazirlərdən biri kimi Mark Rutte ötən həftə koalisiya hökumətinin istefasını Kral Villem-Aleksandra təqdim edib.