Ukraynanın paytaxtı Kiyevin orqanları gecə şəhərin İran istehsalı dronların hücumuna məruz qaldığını bildirib.
Teleqraf.com xəbər verir ki, bütün PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
“Düşmən bu ay ikinci dəfə Kiyevə havadan hücum edib. İlkin olaraq, iyulun əvvəllərində olduğu kimi, düşmən “Şahid” aparatından istifadə edib. İranın pilotsuz təyyarələri cənub istiqamətindən, ehtimal ki, Krasnodar diyarından buraxılıb”, - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko teleqramında yazıb.
Bundan əvvəl Kiyev vilayətində hava həyəcanı elan edilmişdi. Bu gecə Ukraynanın bir neçə bölgəsində hücum pilotsuz uçan aparatlarından istifadə təhlükəsi ilə bağlı həyəcan təbili çalınıb.