12 İyul 2023 16:53
2 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna heç vaxt NATO-ya qəbul olunmayacaq, alyans sadəcə bunu ucadan deməkdən qorxurlar”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Hər şey düşündüyümüz kimidir. Ukraynanın alyansa daxil olması ilə bağlı fəaliyyət planını ləğv edin. Başqa sözlə, onu sürətləndirilmiş prosedurla qəbul edilməsini. NATO-ya 404 ölkə dəvət oluna bilər. Amma nə vaxt və hansı şərtlərlə bunu qəbul edəcəkləri məlum deyil. Bəlkə heç vaxt. Alyans realistləri bunu ucadan deməkdən çəkinirlər”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər