Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini Maksim Parşini korrupsiya cinayətində şübhəli bilinərək saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini Maksim Parşin Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən saxlanılıb. O, korrupsiya cinayəti törətməkdə şübhəli bilinir", - deyə Petrenko nazir müavinin saxlanmasını təsdiqləyib.