15 İyul 2023 00:13
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kim Çen Inın bacısı Kim Yo Conq bəyan edib ki, KXDR-ə “toxunmaq” cəhdi ABŞ-a baha başa gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“ABŞ ehtiyatsız qarşıdurma və təxribatlardan əl çəkmədikcə, vəziyyət ABŞ üçün sərfəli olmayan istiqamətdə inkişaf edəcək. Bizə toxunmaq cəhdi ABŞ üçün çox baha başa gələcək”, - deyə Yo Conq bildirib.

Onun sözlərinə görə, KXDR ABŞ düşmənçilik siyasətindən əl çəkməyənə qədər müdafiə tədbirlərini gücləndirməyə davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər