ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ili üçün müdafiə xərcləri haqqında qanun layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, 1,2 minə yaxın səhifədən ibarət sənədin lehinə 219 səs, əleyhinə isə 210 səs verilib.
Qanun layihəsinə əsasən, 2024-cü maliyyə ili üçün müdafiə xərcləri 886,3 milyard dollar təşkil edir.
Qeyd edək ki, qanun layihəsi ilə nəzərdə tutulan xərclərə Ukraynaya hərbi yardım da daxildir.