17 İyul 2023 14:46
9 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyə, Ukrayna və BMT katibliyini taxıl müqaviləsinin uzadılmasına etirazı ilə bağlı rəsmi şəkildə xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu gün Rusiya Türkiyə və Ukrayna tərəflərinə, habelə BMT katibliyinə razılaşmanın uzadılmasına etirazı barədə rəsmi məlumat verib”, - diplomat bildirib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin Rusiyanın mövqeyi ilə bağlı ətraflı izahatlarla bəyanatı yaxın vaxtlarda dərc olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər