19 İyul 2023 01:12
2 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyədəki meşə yanğınları ilə mübarizədə bu ölkəyə iki amfibya təyyarəsi göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, artıq amfibiya təyyarələri Türkiyəyə uçub.

“Rusiya Federasiyası Prezidentinin göstərişi və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq, Rusiyanın Fövqəladə Hallar İdarəsinin iki amfibiya təyyarəsi Rostov-na-Donudakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə uçdu. Türkiyə Respublikası iri meşə yanğınlarının söndürülməsi ilə mübarizə aparır”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər