19 İyul 2023 16:52
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madaqaskar Prezidenti Andri Rajoelina 2014-cü ildə gizli şəkildə Fransa vətəndaşlığı alıb.

Teleqraf.com xəbər verir ki, bu addımı ilə ölkəni şoka salan prezident ona qarşı irəli sürülən iddialara cavab verib.

Rajoelina bildirib ki, vətəndaşlıq dəyişikliyi onun ölkəsinə olan sevgisinə mane olmayacaq. Ailəsi ilə birlikdə Fransa vətəndaşlığını aldığını etiraf edən ölkə başçısı bu qərarı övladlarının gələcəyi üçün verdiyini bildirib: “Övladlarımın Fransada təhsil alması üçün ailəliklə Fransa vətəndaşlığını qəbul etdik. O dövrdə hökumətdəki işimdən də ayrıldım”.

Rajoelina 4 fərqli vətəndaşlığı olan Nelson Mandeladan misal çəkib.

O, noyabrda keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı məlumat verməyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər