21 İyul 2023 17:56
4 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Fars körfəzində ticarət gəmilərinin müdaxiləsinə qarşı ABŞ Yaxın Şərqə əlavə hərbi gəmiləri və minlərlə dəniz piyadası göndərmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb.

ABŞ-ın müdafiə naziri Lloyd Austinin Yaxın Şərqə amfibiya gəmisi və ekspedisiya işgüzar qrupunun göndərilməsini təsdiqləyib. Gəmi və bölmənin adı ilə bağlı məlumat verilməyib.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, “USS Bataan” amfibiya gəmisi və 2500 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu bölgəyə gedib. Bundan əlavə, “USS Mesa Verde” və “USS Carter Hall” adlı döyüş gəmilərinin də bölgəyə göndərildiyi bildirilib. Məlumata görə, sözügedən gəmilər ayın əvvəlində Virciniya ştatının Norfolk limanından ayrılıb.

Qeyd edək ki, ABŞ ayın əvvəlində İranın Hörmüz boğazında iki neft tankeri gəmisini ələ keçirməyə cəhd etdiyini və bir gəmiyə atəş açdığını bildirib.

İyulun 17-də ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamada İranın Fars körfəzi və ətrafındakı ticarət gəmilərini ələ keçirmək cəhdlərindən sonra “USS Thomas Hudner” döyüş gəmisinin və “F-35” döyüş təyyarələrinin bölgəyə göndərilməsinə qərar verilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər