Moskvaya dron hücum edilib.
Teleqraf.com xəbər verir ki, Komsomolski prospekti 17 ünvanında, binanın yaxınlığında pilotsuz təyyarənin fraqmentləri tapılıb.
Hazırda prospekt boyu nəqliyyatın hərəkəti kəsilib. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir.
Həmçinin Lixaçov küçəsində yerləşən biznes mərkəzinin binasını dron vurub.
Məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi də təsdiqləyib.
Hadisə zamanı ölən və ya yaralananların olmadığı deyilir.