10 Yanvar 2015 01:17
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İranın xarici işlər nazırləri yaxın günlərdə görüşmək barədə razılığa gəliblər. Əldə edilən anlaşmaya əsasən, yanvarın 14-də Cenevrədə ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

“İkitərəfli görüş İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr ərəfəsində baş tutacaq”, məlumatda qeyd edilir.

Bundan əvvəl İSNA agentliyi İranın xarici işlər nazirinin müavini Abbas Araqçıya istinadən Məhəmməd Cavad Zərif və Con Kerrinin yaxın günlərdə Cenevrədə görüşəcəkləri barədə xəbər verib.

Xatırladaq ki, İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu yanvarın 18-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər