Fransa prezidenti Fransua Olland ölkədə keçirilən operativ antiterror əməliyyatından sonra kameraların qarşısına keçib. Dövlət başçısı yaranmış vəziyyətlə bağlı bütün dünya ictimaiyyətinin diqqətini çəkən önəmli açıqlamalarla çıxış edib.
Olland ölkəsinin böyük bir faciə, eyni zamanda, ciddi təhdidlərlə üz-üzə olduğunu vurğulayıb: "Çox böyük bir tragediyayla qarşı-qarşıyayıq. Polisi təbrik etmək istəyirəm. Onlarla qürur duyuram. Girovların həyatlarını qurtarmaq üçün əllərindən gələni etdilər. Təhdidlərin sona çatdığını düşünmürəm. Mümkün təhlükələr qarşı hazırlıqlı olmalıyıq. Lazımlı olan tədbirləri götürürük. Məqsədimiz barış içində yaşayan bir ölkəni təmin etməkdir. Hamını birliyə çağırıram. Əlimizdəki ən güclü silah birlikdir. İrqçilik kimi cərəyanlar qəbul edilə bilməz”.
Teleqraf.com-un məlumatına görə, Fransua Olland terrorçuların İslam dini ilə hər hansı əlaqəsinin olmadığını xüsusi qeyd edib: “Bu fanatiklərin İslam diniylə heç bir əlaqəsi olmadığını açıqca ifadə etmək istəyirəm. Səfərbərlik çağırışı edirəm. Heç bir qorxu və təzyiqə boyun əyə bilmərik. Bazar günü reallaşdırılacaq etiraz nümayişlərinə mən də qatılacağam. Birlikdə bu çətinliklə dolu dövrdən ən güclü şəkildə çıxacağıq".
Nail Cəlil