YUKOS şirkətinin sabiq rəhbəri Mixail Xudorkovksini “bütün müsəlmanların və özünün düşməni” elan edən Ramzan Kadırov daha bir ittiham irəli sürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kadırov bu dəfə “Moskvanın səsi” radiostansiyasını Rusiyanın əsas antiislam ruporu, onun baş redaktoru Aleksey Venediktovu isə fitnəçi adlandırıb:
“Paris hadisələrindən sonra yerli liberallar qərb havadarlarına yarınmaq üçün addımlar atır. Aleksey Venediktov da bu hadisəyə görə “Peyğəmbərə karikaturalar çəkməyə ehtiyac varmı,” mövzusunda sorğu keçirib”.
Samir