28 İyul 2023 19:17
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerdə baş tutan hərbi çevrilişin üçüncü günü Prezident Qvardiyasının komandanı general Abdurahman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.

Teleqraf.com xəbər verir ki, general bu barədə milli televiziyada çıxışı zamanı deyib. O, həmçinin çevrilişi ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əsaslandırıb.

Xatırladaq ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Mohamed İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Abdurahman Çiani rəhbərlik edib.

Təxminən 26 milyonluq əhalisi olan Niger dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin inkişaf indeksində 191 ölkə arasında 189-cu yerdə qərarlaşan Nigerin əhalisinin 40 faizdən çoxu yoxsulluq içərisində yaşayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər