30 İyul 2023 21:36
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken ABŞ Konqresinin Avstraliyaya nüvə sualtı qayıqlarının (NPS) satışına müdaxilə etməyəcəyini açıqlayıb .

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb .

O, ikitərəfli güclü dəstəyin və konqresin Avstraliyaya nüvə sualtı qayıqlarının satışının təsdiqlənməsi məsələsində irəliləməyə hazır olduğuna əmin olduğunu bildirib.

"Mən bunu tamamilə gözləyirəm", Blinken deyib.

Avstraliyanın Baş naziri Skott Morrison ilk dəfə 2021-ci ildə ölkənin nüvə sualtı donanmasına qoşulacağından danışıb. Onun sözlərinə görə, sualtı qayıqların çatdırılma müddəti 18 ay çəkəcək. Morrison bunun yeni AUKUS (ABŞ- Böyük Britaniya -Avstraliya Alyansı) çərçivəsində ilk təşəbbüs olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər