Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Pakistana rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Pakistan MİLGEM layihəsinin 4-cü gəmisi olan PNS TARIQ-ın Kəraçi gəmiqayırma zavodunda suya buraxılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Cevdet Yılmaz Pakistanın Baş naziri Şahbaz Şəriflə təkbətək görüşlər keçirəcək.
Qeyd edək ki, Pakistan MİLGEM Layihəsinin 4-cü gəmisi olan PNS TARİQ avqustun 2-də təntənəli mərasimlə suya buraxılacaq.
ASFAT 6 sentyabr 2018-ci il tarixində Pakistan Müdafiə İstehsalat Nazirliyi ilə imzalanan müqavilə çərçivəsində, Pakistan Hərbi Dəniz Qüvvələrinə 4 ədəd PN MİLGEM korveti sataraq, o dövrdə Türkiyənin müdafiə sənayesində ən böyük tək ixrac layihəsini həyata keçirib.
Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Nazirliyi arasında imzalanan G2G müqaviləsi nəticəsində MİLGEM Corvettes-in ilk ixrac müştərisi Pakistan olub.