Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında hücum əməliyyatlarını davam etdirərək ərazidə irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibənin Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir. Onlar rus qoşunlarının Baxmut bölgəsində quru hücumlarını davam etdirdiyini, lakin irəliləyiş əldə etmədiklərini qeyd ediblər.
Ukrayna Silahlı Qüvvələri də Avdiivka-Donetsk xətti boyunca qurudan hücumlar həyata keçirib. Bildirilir ki, ruslar isə Avdiivka-Donetsk xətti boyunca quru hücumlarını davam etdirirlər və geolokasiya görüntüləri onların Vodyanoyenin şimalına doğru irəlilədiyini göstərir.
Ukraynanın əks-hücum əməliyyatına gəlincə, Ukrayna Silahlı Qüvvələrinin cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatlarını davam etdirdiyini və Baxmut bölgəsində irəlilədiyini bildirib. Berdyansk və Melitopol istiqamətlərində də hücum əməliyyatları aparılır.
İnstitut əlavə edib ki, döyüşlər Svatovo-Kremennaya xəttində və Limanski istiqamətində də gedir.
Baxmutda vəziyyət çox gərgindir, daim şiddətli döyüşlər gedir. Dünən Qrom bölməsinin könüllüsü Kirill Sazonov bildirib ki, rus işğalçıları tezliklə Baxmut və onun ətraflarından qaçmağa məcbur olacaqlar. Əks halda onlar tələyə düşəcəklər.