10 Yanvar 2015 23:20
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın dövlət başçısı Petro Poroşenko ukraynalıların may ayında gerçəkləşəcək Riga Zirvəsinin nəticəsi olaraq, Avropa Birliyinə səyahət üçün vizasız rejimin tətbiqinə ümit etdiyini söyləyib. O bu fikirləri Litvanın xarıci işlər naziri Edgars Rinkeviçlə görüşündə səsləndirib.

Dövlət başçısının fikrincə, belə bir xoşməramlı addım Avropa Birliyi ilə Ukraynanı daha da yaxınlaşdıra bilər: “Bu simvolik, həm də çox arzulanan bir nəticə olar”.

Prezident Ukraynanı fəal dəstəklədiyinə görə, Litva hökumətinə və xalqına öz minnətdarlığını çatdırıb.

Teleqraf.com-un məlumatına görə, tərəflər təhlükəsizlik və strateji əməkdaşlıq məsələlərində daha fəal birgə əməkdaşlığın zəruri olduğunu vurğulayıblar.

Xatırladaq ki, bu ilin may ayında Riqada Avropa Briliyinin gerçəkləşdirdiyi Şərq Tərəfdaşlığı Proqramı üzrə zirvə görüşü keçiriləcək. Ukrayna tərəfi bu görüşə Avropaya inteqrasiyanı dərinləşdirmək üçün növbəti fürsət kimi yanaşır.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər