Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib.
Teleqraf.com xəbər verir ki, müvafiq sənəd Bundestaqın saytında yerləşdirilib.
Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.
Almaniya Danimarka və Norveçdən Ukraynaya iki "Zuzana 2" özüyeriyən haubitsasının təhvil verildiyini təsdiqləyib.
Bununla yanaşı, Ukraynaya 40 "Marder" piyada döyüş maşını, altı "Bergepanzer-2" zirehli texnikası, yeddi mobil, uzaqdan idarə olunan minatəmizləmə sistemi, beş "SurveilSPIRE" mobil kəşfiyyat sistemi daxil olub.